backend

Göydəniz Qəhrəmanov Yasamal rayonunda “Məzun Günü” tədbirində iştirak edib

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Yasamal rayonu 60 saylı tam orta məktəbdə təşkil olunan “Məzun Günü” tədbirində iştirak edib.

Qaynarxett.az xəbər verir ki, tədbirdə çıxış edən deputat məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirib ki, məzunluq hər bir gəncin həyatında yeni mərhələnin başlanğıcıdır. O qeyd edib ki, məktəb illərində əldə olunan biliklər, müəllimlərin fədakar əməyi və valideynlərin göstərdiyi dəstək gənclərin gələcək həyat yolunda ən mühüm dayaq rolunu oynayır.

Göydəniz Qəhrəmanov vurğulayıb ki, məzunları qarşıda yeni hədəflər, mühüm seçimlər və böyük uğurlar gözləyir. Deputat gənclərin ölkənin inkişafına töhfə verən, Vətəninə və xalqına layiqli vətəndaşlar kimi formalaşacaqlarına inandığını bildirib.

Sonda deputat bütün məzunları “Məzun Günü” münasibətilə təbrik edib, onlara qəbul imtahanlarında və gələcək həyat yollarında uğurlar arzulayıb. Tədbir xatirə şəkillərinin çəkilməsi və məzunların təqdimatları ilə davam edib.