backend

Sevinc Hüseynova “Şimali Kipr Mədəniyyət Günü” tədbirində iştirak edib

Milli Məclisin deputatı Sevinc Hüseynova İçərişəhərdə keçirilən “Şimali Kipr Mədəniyyət Günü” tədbirində deputat həmkarları ilə birlikdə iştirak edib.

Qaynarxett.az xəbər verir ki, deputat bildirib ki, Şimali Kiprin zəngin tarixi, milli-mədəni irsi və folklorunu əks etdirən tədbir iştirakçılarda xoş təəssüratlar yaradıb. Tədbir çərçivəsində müxtəlif mədəni proqramlar nümayiş olunub, qonaqlar Şimali Kiprin adət-ənənələri, incəsənəti və mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Sevinc Hüseynova qeyd edib ki, belə tədbirlər xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı anlaşma və dostluq münasibətlərinin inkişafına mühüm töhfə verir.
Deputat vurğulayıb ki, unudulmaz anlar və səmimi görüşlərlə yadda qalan tədbir iştirakçılar üçün maraqlı və faydalı olub.