Açılış nitqi ilə çıxış edən “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov görüşün xüsusi əhəmiyyətindən və ictimai birliyin fəaliyyət istiqamətlərindən bəhs edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva belə görüşlərin gənc nəslə dövlətçilik dəyərlərinin aşılanmasında əhəmiyyətini vurğulayıb və Uşaq Səfirlər Məclisinin həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxışında tədbirin Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin gənclərə çatdırılması baxımından dəyərli vasitə olduğundan və muzeylərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolu haqqında danışıb. Daha sonra millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Pərvin Kərimzadə “Qurtuluşdan Zəfərə: Milli Birlikdən Böyük Qələbəyə” mövzusunda çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin inkişafındakı müstəsna rolu, milli birlik və həmrəyliyin ölkəmizin qazandığı tarixi uğurların əsasını təşkil etməsi barədə ətraflı fikirlərini iştirakçılarla bölüşüb. Daha sonra iştirakçıların sualları millət vəkili tərəfindən cavablandırılıb.
Tədbirin sonunda xatirə fotosu çəkilib və iştirakçılar üçün Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub
Layihənin məqsədi məktəblilər və gənclər arasında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin, milli birlik və həmrəylik dəyərlərinin təbliği, vətənpərvərlik ruhunun və dövlətçilik şüurunun gücləndirilməsinə töhfə vermək olub.








