backend

Pərvin Kərimzadə Bakıda Şimali Kipr Mədəniyyət Günlərinin açılışında iştirak edib

Milli Məclisin deputatı Pərvin Kərimzadə Bakıda keçirilən Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılış mərasimində iştirak edib.

Qaynarxett.az xəbər verir ki, tədbir çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti mədəniyyəti, tarixi irsi və milli dəyərləri nümayiş etdirilib. Açılış mərasimində çıxışlar, mədəni təqdimatlar və müxtəlif incəsənət nümunələri təqdim olunub.

Deputat Pərvin Kərimzadə tədbirin Azərbaycan ilə Şimali Kipr arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb və belə layihələrin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət etdiyini bildirib.