backend

Sevinc Hüseynova Əyrivəng kəndində vətəndaş qəbulu və seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Sevinc Hüseynova Gədəbəy rayonunun Əyrivəng kəndində növbəti vətəndaş qəbulu və seçicilərlə görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Müraciətlər əsasən sosial təminat, məşğulluq, eləcə də digər sosial xarakterli problemlərlə bağlı olub. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi bildirilib.
Daha sonra seçicilərlə keçirilən görüşdə rayonun sosial-iqtisadi inkişafı, sakinləri maraqlandıran məsələlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.