Qaynarxett.az xəbər verir ki, görüş zamanı şəhidlərin ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların keçdikləri şərəfli döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar və əziz xatirələri ehtiramla yad edilib. Ailə üzvlərinin fikir və arzuları dinlənilib, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Deputat Gülxarə Tarverdiyeva bildirib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların ailələrinə ehtiram göstərmək hər birimizin mənəvi borcudur.
Sonda şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin.









