backend

Azər Kərimli sel fəlakətindən zərər çəkmiş Zaqatala və Balakən kəndlərində olub

Milli Məclisin deputatı Azər Kərimli sel sularının fəsadlar törətdiyi Zaqatala və Balakən rayonlarının bir sıra kəndlərinə səfər edərək mövcud vəziyyətlə yerində tanış olub.

Deputat Zaqatala rayonunun Maqov, Yolayrıc, Höytala, Danaçı və Car, eləcə də Balakən rayonunun Katex, İtitala və Kortala kəndlərində sakinlərlə görüşüb, onların üzləşdiyi problemləri dinləyib.

Görüşlər zamanı sel nəticəsində dəymiş ziyan, infrastrukturun vəziyyəti və əhalini narahat edən digər məsələlər müzakirə olunub. Azər Kərimli bildirib ki, vətəndaşların müraciətləri diqqətlə qeydə alınıb və qaldırılan problemlərin operativ həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılacaq.
Deputat qeyd edib ki, selin yaratdığı fəsadların aradan qaldırılması, dəymiş zərərin qiymətləndirilməsi və bərpa işlərinin sürətləndirilməsi məqsədilə müvafiq qurumlar qarşısında lazımi müraciətlər ediləcək və proses nəzarətdə saxlanılacaq.