Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri ilə bağlı paylaşım edib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri Qarabağın və Şərqi Zəngəzurun bərpası, dayanıqlı inkişafı və vətəndaşların layiqli yaşayışının təmin edilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bir daha nümayiş etdirir.
Göydəniz Qəhrəmanov qeyd edib ki, Laçında Həkəriçay su anbarının təməlinin qoyulması, Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrlə tanışlıq, Xocavənd rayonunda aparılan yenidənqurma işləri, eləcə də Şuşada yeni hotel korpuslarının istifadəyə hazırlanması və Xankəndidə yeni otelin açılması ölkənin hərtərəfli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Deputatın sözlərinə görə, həyata keçirilən layihələr yalnız müasir infrastrukturun qurulmasına xidmət etmir, eyni zamanda yeni iş yerlərinin yaradılması, vətəndaşların rifahının yüksəldilməsi, sahibkarlığın inkişafı və bölgəyə həyatın tam şəkildə qayıtması üçün möhkəm zəmin formalaşdırır.
Göydəniz Qəhrəmanov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində azad olunmuş torpaqlar qısa müddətdə müasir yaşayış, iqtisadi fəaliyyət və sosial inkişaf məkanına çevrilməkdədir.
Deputat həmçinin bildirib ki, turizm sahəsində reallaşdırılan layihələr Qarabağın zəngin tarixi, mədəni və təbii irsinin dünya miqyasında tanıdılmasına, bölgənin beynəlxalq turizm xəritəsində layiqli yer tutmasına mühüm töhfə verəcək. Onun fikrincə, turizm infrastrukturunun genişləndirilməsi bu istiqamətdə atılan strateji addımlardan biridir.
Sonda Göydəniz Qəhrəmanov əminliyini ifadə edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə regionun ən inkişaf etmiş, ən müasir və ən cəlbedici iqtisadi və turizm məkanlarından birinə çevriləcək.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial
Sosial / Bolge






