Qaynarxett.az xəbər verir ki,görüş zamanı vətəndaşlar kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra aktual məsələləri deputatın diqqətinə çatdırıblar. Sakinlər əsasən kənd yollarının abadlaşdırılması, kommunal infrastrukturun yaxşılaşdırılması, kənd yerlərində tibbi xidmətin keyfiyyətinin artırılması və təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması ilə bağlı təklif və müraciətlərini səsləndiriblər.
Deputat Müşfiq Məmmədli qaldırılan bütün məsələlərin qeydə alındığını, onların aidiyyəti dövlət qurumları qarşısında qaldırılacağını bildirib. O qeyd edib ki, müraciətlərin mərhələli şəkildə həlli istiqamətində müvafiq işlər aparılacaq.
Görüşdə sakinlərlə geniş fikir mübadiləsi aparılıb, onların təklif və problemləri dinlənilərək həlli yolları müzakirə olunub.






