backend

Deputat Müşfiq Məmmədli Afurca kəndində keçirilən tədbirdə iştirak edib, sakinlərin müraciətlərini dinləyib

Milli Məclisin deputatı Müşfiq Məmmədli Quba rayonunun Mahmud Mahmudlu adına Afurca kənd tam orta məktəbində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının Güləzi kənd ərazi partiya təşkilatının “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil etdiyi “14 iyul 1969-cu il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ölkəmizin taleyində əlamətdar dönüş nöqtəsi oldu” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Qaynarxett.az xəbər verir ki, tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, milli tərəqqisi və müstəqil dövlət quruculuğu istiqamətindəki misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, 14 iyul 1969-cu il Azərbaycanın müasir inkişaf tarixində yeni mərhələnin başlanğıcı olmaqla, ölkənin hərtərəfli inkişafının təməlini qoyan əlamətdar tarixdir.
Tədbirdən sonra deputat Müşfiq Məmmədli Afurca kənd sakinləri ilə görüş keçirib. Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlar qarşısında qaldırılması üçün nəzarətə götürüldüyü bildirilib.
Deputat sakinlərlə daim sıx təmasda olduqlarını vurğulayaraq, vətəndaşların problemlərinin həlli istiqamətində ardıcıl fəaliyyətin davam etdiriləcəyini qeyd edib.