Deputat şəhidin valideynləri Vüqar Həsənov və Vəsilə Həsənova ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb, fikir və təkliflərini dinləyib. Görüş zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.
Fatma Yıldırım bildirib ki, şəhid ailələrini ziyarət etmək müqəddəs bir əmanətə ehtiramın ifadəsidir. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və bugünkü qələbəsi məhz şəhidlərin qəhrəmanlığı və fədakarlığı sayəsində təmin olunub.
Deputat vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu istiqamətdə göstərilən diqqət dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Sonda Fatma Yıldırım şəhid Pərvin Əlizadənin əziz xatirəsini dərin ehtiramla yad edib, ailəsinə səbir və möhkəm can sağlığı arzulayıb, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
https://youtube.com/shorts/7hwvLUFqblM?si=caZRVhRhkLg7m4gn






