backend

Fatma Yıldırım Birinci Qazaxlar kəndində vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonunun Birinci Qazaxlar kəndində növbəti vətəndaş qəbulu keçirib.

Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən sosial və məişət xarakterli məsələlər ətraflı müzakirə olunub. Səsləndirilən problemlərin bir qismi yerində araşdırılıb, həlli əlavə tədbirlər tələb edən müraciətlər isə aidiyyəti dövlət qurumlarına göndərilməsi və icrasının nəzarətdə saxlanılması məqsədilə qeydiyyata alınıb.
Deputat Fatma Yıldırım bildirib ki, vətəndaş qəbulları seçicilərlə birbaşa ünsiyyət qurmaq, onların fikir və təkliflərini öyrənmək, mövcud problemlərlə yaxından tanış olmaq baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, insanların müraciətlərinə operativ və məsuliyyətli yanaşmaq problemlərin həllinə doğru atılan ən vacib addımlardan biridir.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi vətəndaş məmnunluğunu əsas götürən idarəçilik prinsiplərinə uyğun olaraq, hər bir müraciətin həlli istiqamətində bundan sonra da ardıcıl fəaliyyət davam etdiriləcək.
Sonda Fatma Yıldırım Birinci Qazaxlar kəndinin sakinlərinə səmimi görüşə və göstərdikləri etimada görə təşəkkürünü bildirib, bütün ailələrə möhkəm cansağlığı, əmin-amanlıq və firavan həyat arzulayıb.