Qəbul zamanı rayon sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan sosial, hüquqi və digər xarakterli məsələlər ətraflı araşdırılıb. Vətəndaşların problemlərinin operativ həlli və onların narahatlıqlarının aradan qaldırılması istiqamətində zəruri addımların atılması ilə bağlı müvafiq müzakirələr aparılıb.
Müraciətlərin bir qismi qəbul zamanı yerində həllini tapıb. Əlavə araşdırma və aidiyyəti qurumların müdaxiləsini tələb edən məsələlər isə müvafiq dövlət orqanlarına göndərilməsi və icrasına nəzarət olunması məqsədilə qeydiyyata alınıb.
Deputat Müşfiq Məmmədli vətəndaş qəbullarının seçicilərlə birbaşa ünsiyyətin qurulması, onların problemlərinin öyrənilməsi və qanunvericilik çərçivəsində həllinə dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bütün müraciətlərin diqqətdə saxlanılacağını və aidiyyəti üzrə lazımi tədbirlərin görüləcəyini bildirib.



