Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin mətbuata bəyanatlarında xüsusi vurğulanan Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasını iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.
Deputat bildirib ki, Biznes Şurasının yaradılması Azərbaycan və Almaniya arasında iqtisadi və biznes əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində siyasi iradənin institusional ifadəsidir. Bu addım hər iki ölkənin şirkətlərinə yeni əməkdaşlıq imkanları yaradacaq və qarşılıqlı investisiyaların artmasına təkan verəcək.
Vüqar Bayramov qeyd edib ki, indiyədək Almaniya şirkətləri tərəfindən Azərbaycana 938 milyon ABŞ dolları həcmində investisiya yatırılıb və bunun 94 faizi qeyri-neft-qaz sektoruna yönəlib. Azərbaycanın Almaniyadakı investisiyalarının həcmi isə 668 milyon dollar təşkil edir. Hazırda Azərbaycanda fəaliyyət göstərən 250-yə yaxın Almaniya şirkəti ilə yanaşı, yeni investorların bazara cəlb olunması üçün də əlverişli zəmin formalaşacaq.
Deputatın sözlərinə görə, xarici investisiyaların artması yeni texnologiyaların transferini sürətləndirəcək, istehsal və xidmət sahələrinin inkişafına təkan verəcək, eyni zamanda yeni iş yerlərinin açılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verəcək. Bu, ölkənin məşğulluq siyasətində müəyyən edilmiş innovativ hədəflərə çatmaq baxımından da əhəmiyyətlidir.
Vüqar Bayramov əlavə edib ki, Azərbaycan ilə Almaniya arasında nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi ölkənin tranzit potensialını daha da gücləndirəcək, valyuta gəlirlərinin artmasına və Azərbaycanın geostrateji mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.
Deputat vurğulayıb ki, Berlində “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən mühüm hadisələrdir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət






