Milli Məclisin deputatı Müşfiq Cəfərov 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.
Deputat bildirib ki, bu il Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü qeyd olunur. O xatırladıb ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də nəşrə başlaması milli mətbuatımızın təməlini qoyub və həmin tarix 1991-ci ildən etibarən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.
Müşfiq Cəfərov vurğulayıb ki, XIX əsrin sonlarında bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzeti Azərbaycan cəmiyyəti üçün əsl oyanış hərəkatına çevrilib. Onun sözlərinə görə, müxtəlif tənəzzül və intibah mərhələlərindən keçən Azərbaycan mətbuatı hər zaman cəmiyyətin inkişafını, ictimai prosesləri və xalqın baxışını əks etdirən mühüm güzgü rolunu oynayıb.
Sonda deputat bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı, məsuliyyətli fəaliyyətlərində yeni uğurlar və yaradıcılıq nailiyyətləri arzulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Sosial








