backend

Razi Nurullayev Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan mətbuat işçilərini təbrik edib.
Təbrik müraciətində bildirilib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı xalqın maariflənməsində, milli özünüdərk prosesinin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb.
Razi Nurullayev söz azadlığının, obyektivliyin və milli dəyərlərin keşiyində dayanan bütün media nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirərək, onların hər birinə bu çətin, məsuliyyətli və şərəfli peşə fəaliyyətində uğurlar arzulayıb.
Deputat sonda bütün jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, yeni yaradıcılıq nailiyyətləri və peşə uğurları arzulayıb.