Milli Məclisin deputatı Azər Kərimli Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə keçirdiyi görüşləri şərh edib.
Deputat bildirib ki, keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın artıq Almaniyanın xarici siyasət gündəliyində xüsusi yer tutduğunu bir daha təsdiqləyib. Onun sözlərinə görə, əgər əvvəlki dövrlərdə Berlinin Cənubi Qafqaza yanaşması əsasən Avropa İttifaqının ümumi siyasətinin tərkib hissəsi kimi formalaşırdısa, hazırda Almaniya regiona, xüsusilə də Azərbaycana daha fərqli prizmadan yanaşır.
Azər Kərimli qeyd edib ki, bu yanaşma dəyişikliyinin əsas səbəbləri Azərbaycanın son illərdə regional güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməsi, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu qazanması və Avrasiya nəqliyyat-kommunikasiya sistemində aparıcı rolunu gücləndirməsidir.
Deputatın fikrincə, Prezident İlham Əliyevin Almaniya rəhbərliyi ilə keçirdiyi görüşlər iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu, Azərbaycanın beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin artdığını göstərən mühüm siyasi mesajdır.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət





