backend

Deputata qarşı böhtan kampaniyası… – MCP funksioneri

“Məqsədli şəkildə qardaşına məxsus olduğu iddia olunan biznesi Razi Nurullayevin adına bağlamağa, saf və təmiz reputasiyası olan bir deputatı şərləməyə çalışırlar. Razi Nurullayev dəfələrlə bəyan edib ki, ölkənin heç bir yerində obyekti və ya biznesi yoxdur. İndi hansı qardaş öz qazandığı pulu qardaşına verir ki, Razi Nurullayev də başqasının biznesinə görə cavabdeh olsun?”



Bunu Sosdem.az-a bəzi portallarda və sosial şəbəkələrdə Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayevə qarşı aparılan qərəzli kampaniyanı, əsassız iddiaları şərh edərkən MCP başqan müavini Rafiq Daşdəmirli deyib.
“Vicdanla Çalışan Deputatı Hədəf Almaq…”
Partiya funksioneri uzun illərdir Razi Nurullayevin yanında olduğunu və onun heç bir ticari fəaliyyətinin olmadığını vurğulayıb:
“Bir nəfər fəhlə çıxıb danışır ki, guya Razi Nurullayev İmişlidə mal bazarının tikintisində onun pulunu verməyib. Mən illərdir Razi müəllimlə çiyin-çiyinə çalışan bir insan kimi rəsmən bildirirəm ki, onun nəinki İmişlidə, ölkənin heç bir yerində bir kvadratmetr də olsun obyekti yoxdur. Bəs onda nədən Razi Nurullayev hədəf alınır? Çünki qardaşı qardaşla üzbəüz qoymaq kimlərinsə çirkin maraqlarına xidmət edir. Şərhlərdə tanımadığı, həyatında bir dəfə də olsun görmədiyi deputatı söyənlərdən soruşanda ki, “bunu niyə edirsiniz?”, cavab verirlər ki, “hamı deyir, mən də deyirəm, deputatdır da”. Belə çıxır ki, sırf Milli Məclisin üzvüdür deyə insan yalandan da olsa hədəfə alınmalı, təhqir olunmalıdır?”.
“Əl Çəkin Razi Nurullayevdən!”
MCP rəsmisi cəmiyyətdə yaranan aqressiyanın sosial səbəblərinə toxunaraq, insanları saxta ittihamlara uymamağa çağırıb:
“Bu gün cəmiyyətdə ən ağrılı və asan iş millət vəkillərini hədəf almaqdır. Çünki sizdən səs istəyən, problemlərinizi dinləyən onlardır; başqaları isə heç kimi saya saymır. İnsanların günü-gündən aqressivləşməsi ümumi bir bəladır və bunun adı kasıbçılıqdır. Biz xalqın sosial çətinliklərini anlayırıq, amma bu, təmiz insanlara şər atmağa əsas vermir. Öz gücünə, xalqın inamı ilə deputat seçilmiş Razi Nurullayevdən əl çəkin!”