backend

Sürücü-ekspeditor vakansiyası - 1000 manat maaş

"OBA" Marketlər şəbəkəsi sürücü-ekspeditor vəzifəsi üzrə yeni vakansiya elan edib.

Şirkətdən Qaynarxett.az-a bildirilib ki, vakansiya üzrə iş yeri Bakı şəhərində yerləşir və namizədlər tam ştat (full-time) iş rejimində fəaliyyət göstərəcəklər. Təklif olunan aylıq əməkhaqqı 900–1000 manat arasındadır.
Vakansiya çərçivəsində əsas vəzifələr yeni açılan mağazaların planoqramına uyğun məhsul təminatının təşkili, depoda çatışmayan, lakin digər mağazalarda mövcud olan məhsulların operativ şəkildə toplanaraq yeni satış nöqtələrinə çatdırılması, bağlanan mağazalardakı məhsul qalıqlarının digər filiallara effektiv transferinin həyata keçirilməsi, eləcə də logistika və anbar komandaları ilə koordinasiyalı şəkildə məhsul dövriyyəsinin optimallaşdırılmasından ibarətdir.
Namizədlərdən ən azı orta təhsil, BC kateqoriyalı sürücülük vəsiqəsi, MS Excel proqramında başlanğıc səviyyədə işləmək bacarığı tələb olunur. Yükdaşıma avtomobillərinin idarə olunması və satış sahəsində təcrübəyə malik şəxslərə üstünlük veriləcək.
Şirkət tərəfindən 6 günlük iş qrafiki, mobil nömrə, nahar təminatı və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi təklif edilir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Sürücü-ekspeditor" qeyd etməklə cv@oba.az elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, vakansiya 19 iyul 2026-cı il tarixində elan olunub və müraciətlər 18 avqust 2026-cı il tarixinədək qəbul edilir.