Görüşdə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Azərbaycan–ŞKTR Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, eləcə də Milli Məclisin nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Qəbul zamanı Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və ŞKTR arasında siyasi, humanitar və parlament diplomatiyası sahəsində əməkdaşlığın gələcək inkişafının əhəmiyyətini vurğulayaraq, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Azərbaycan nümayəndə heyəti ŞKTR-də keçirilən 20 İyul – Sülh və Azadlıq Gününün 52-ci ildönümünə həsr olunmuş rəsmi tədbirlərdə iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.



