backend

Deputat Azər Kərimli Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

Milli Məclisin deputatı Azər Kərimli 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan media nümayəndələrini təbrik edib.

Deputat təbrik mesajında bildirib ki, Azərbaycan mətbuatı cəmiyyətin düzgün məlumatlandırılmasında, ictimai rəyin formalaşmasında, milli maraqların qorunmasında və ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Azər Kərimli peşə fəaliyyətini yüksək məsuliyyət, obyektivlik və fədakarlıqla həyata keçirən bütün jurnalistlərə təşəkkürünü ifadə edərək, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.

Deputat təbrikini “Milli Mətbuat Gününüz mübarək!” sözləri ilə yekunlaşdırıb.