Görüş zamanı seçicilər tərəfindən əsasən sosial məsələlər, məşğulluq, eləcə də mənzil-kommunal sahəsi ilə bağlı müraciətlər səsləndirilib. Deputat müraciətləri dinləyərək qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verib və problemlərin həlli istiqamətində müzakirələr aparılıb.
Qəbul zamanı səsləndirilən müraciətlərin bir qismi ilə bağlı seçicilərə mövcud imkanlar və aidiyyəti qurumlara müraciət qaydaları barədə məlumat verilib. Əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.
Deputat Sevinc Fətəliyeva seçicilərin müraciətlərinin diqqətlə araşdırılmasının və onların qaldırdığı məsələlərin aidiyyəti qurumlar qarşısında gündəmə gətirilməsinin vacibliyini vurğulayıb.
Qəbul zamanı səsləndirilən təklif və müraciətlərin bundan sonra da diqqətdə saxlanılacağı bildirilib
.










