3 oktyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin dövlətçilik tarixində yeni və parlaq bir mərhələnin əsası qoyulub.
Qaynarxett.az xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bu tarixi günün dövlətçilik və müstəqillik prizmasından əhəmiyyətini diqqətə çatdırıb.
“3 Oktyabr Müasir Dövlətçiliyimizin Şah Əsəridir”
Millət vəkili 1993-cü il oktyabr seçkilərinin Azərbaycanın taleyində oynadığı xilaskar rolu vurğulayıb:
“1993-cü ilin 3 oktyabrı təkcə bir prezident seçkisi günü deyil, Azərbaycan xalqının öz müqəddəratını həll etdiyi, müstəqilliyini xaosdan və parçalanma təhlükəsindən xilas etdiyi dönüş nöqtəsidir. Heydər Əliyevin xalqın yekdil iradəsi ilə Prezident seçilməsi müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm təməllərini qoydu.
Ulu Öndərin müəyyənləşdirdiyi strateji kurs, güclü dövlətçilik ənənəsi və azərbaycançılıq məfkurəsi bu gün də suverenliyimizin ana sütununu təşkil edir. Məhz o gün atılan addımlar modern, qüdrətli və öz ərazi bütövlüyünü tam bərpa etmiş bugünkü Azərbaycanın reallığa çevrilməsinə zəmin yaratdı”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət




