backend

"Həbsdən çıxardığım adam məni həbsə saldırdı" - Elçin Sadıqov

Bu gün Bakı Apellyasiya Məhkəməsindən ev dustaqlığına buraxılan vəkil Elçin Sadıqov bəzi məsələlərə aydınlıq gətirib.

"AzPolitika" xəbər verir ki, Elçin Sadıqov dost hesab etdiyi insanların şər-böhtanlarına məruz qalmağının ona çox ağır gəldiyini deyib:

"Həbsdən çıxardığım insan mənim əleyhimə fəaliyyət göstərirdi - konkret şəkildə Eynulla Fətullayev. Bu mənə çox ağır gəlirdi. Məni müdafiə etdiyim işlərin qisasını almaq üçün həbs etmişdilər. Eynulla Fətullayevin dedikləri cəfəngiyyatdır. İstintaq yekunlaşandan sonra hər şey aydınlaşacaq".