backend

Ekologiya Naziri Muxtar Babayev həbsin bir addımlığında… – Prezidentin çıxışından sonra Muxtar Babayev də özünə bir az hörmət olsaydı vəzifəsindən uzaqlaşardı…

Belə bir adamın yeri haradır: Nazir postu, yoxsa Qobustan..?  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin Gədəbəy rayonundakı Söyüdlü qızıl yatağında  baş verənlərlə bağlı fikirləri ölkə mediasında  bu başlıqla yayılıb: “Muxtar Babayev  səhvini etiraf etdi..” 

Hörmətli həmkarlar ! Nazir Muxtar Babayevin əməlləri ADİ SƏHV deyil e, bunlar hamısı cinayət əməlidir.
Hörmətli həmkarlar!  Medianın funksiyası cinayət əməlləri baş verəndən sonra hay-küy salmaq, hamını ayağa qaldırmaq, insanların əsəbləri ilə oynamaqdan ibarət deyil.
Media bu cinayət əməlləri barədə zamanında yazmalıdır ki, daha böyük cinayətlərin qarşısı alınsın. Yoxsa, Fatı və…qapı söhbəti olur.
Biz bir media olaraq 2-3 ildir yazırıq ki, nazir Muxtar Babayev və onun komandası İsmayıllıda meşələri məhv ediblər, torpaqları restoran, otel sahiblərinə satıblar, milyonlara sahib olublar… Biz Söyüdlüdən çox-çox qabaq yazmışdıq ki, nazir Muxtar Babayevin “dəstəsi”  Mingəçevir şəhərində Kür çayını iyrənc  dərəcədə “batırıblar”.
Belə ki, “Sədərək Yusif” kimi tanınan iş adamına məxsus “İnci” restoranı qeyri-qanuni olaraq Kür çayının üzərində, dəmir konstruksiya ilə qurulub. Gün ərzində restoranın tualetindən Kür çayına tonlarla çirkab, İFRAZAT axıdılır. Məsələ burasındadır ki, bu çirkab içməli suyu birbaşa zəhərləyir. Məsələnin ciddiliyi odur ki, Kür çayı təkcə Mingəçeviri yox, ölkənin böyük bir hissəsini içməli su ilə təchiz edir.
Deməli, Muxtar Babayev  sayəsində on minlərlə insan ifrazat tökülmüş su içirlər. Əslində normal cəmiyyətdə belə suyu həmin işə icazə verən nazirin özünə və ailə üzvlərinə içirdərlər. Nazirin Mingəçeveirdəki nümayəndəsi Asif Məcidov nə desə, protokolda nə yazsa  yaxşıdır ?? …Cüzi çirklənmə olub… Çünki Ekologiya Nazirliyi Kürün üstündəki restoranları “aylığa” otuzdurublar…
Bəli, Asif Məcidov deyir ki, mən bu vəzifəyə təyin olunmaq üçün Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadəyə 70 min manat rüşvət vermişəm. Bunu biz demirik, bunun hamısı bizdən öncə, müxtəlif medialarda yazılıb, amma deyərdik ki, rüşvət verib vəzifəyə gələnlərin sonunu isə, bundan başqa cür gözləmək olmaz…
Bu vəziyyət təkcə İsmayıllıda, Mingəçevirdə deyil ee… Lənkəranda, Qubada, Qusarda da eyni vəziyyətdir… Qubada meşədəki ağacları doğrayıb mebel fabriklərinə göndərirlər və Regional İdarənin müdiri milyonlar qazanır. Əlbəttə, o pullar bir başa Ekologiya Nazirliyinin rəhbərliyinə çatır. Bu faktların sayını sonsuza qədər uzada bilərik ee…amma nə faydası… Bizi narahat edən həm də bu məsələlərdə medianın ləng davranması, bəzən üzgörənlik etməsidir.
Bəli, Muxtar Babayevin iç üzü, əməlləri açılıb ortaya qoyulmalıdır. Bunu Prezidentdən öncə media etməli idi. Yaxşı ki, cənab Prezident  müşavirədə Söyüdlü, ümumiyyətlə, Ekologiya Nazirliyi ilə bağlı məsələyə NİDA (!) qoydu: “Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.
Cənab Prezidentin bu qədər sərt fikirlərindən sonra…3 gün öncə oxuyuruq: Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Milli Parkın 500 hektar ərazisini Penitensiar Xidmətin sabiq rəisi general Ceyhun Həsənova satıb. İndi özünüz düşünün: Belə bir adamın yeri haradır: Nazir postu, yoxsa Kürdəxanı..?
Yeri gəlmişkən, yazının girişində qeyd elədik ki, bəzi media mənsubları sanki Muxtar Babayevin əməllərini görməzdən gəlir. Və Muxtar Babayev bu yaxınlarda yaxın ətrafına deyib ki, çalışın bu məsələlər yaddan çıxsın, unudulsun, onda hər şey yaxşı olacaq…
Biz bir media olaraq öz adımızdan deyirik ki, Muxtar Babayev birdən bilməzsən bizə dostluq filan təklif edərsən, bizə belə dostluq lazım deyil. Sənin də xəbərin olsun, səni müdafiə edən dostlarını da. Biz dövlətimizlə, Prezidentimizlə dost olmaq yolunu seçmişik, ona görə də əlimizdə olan bütün faktları ictimaiyyətə təqdim edirik. Təhlükəsizliyimiz üçün artıq cənab Prezidentimizə müraciət etmişik.