İranda dolların məzənnəsində kəskin rekord həddə yüksəliş olub.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, hazırda Tehran birjasında 1 ABŞ dolları 66289 tümənə mübadilə olunur.
Qeyd edək ki, buna səbəb kimi İran-İsrail gərginliyi göstərilir.