İsrail-Fələstin müharibəsi başlayandan 50 media işçisi həlak olub.
Bia.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsinin sosial media səhifəsində məlumat yayılıb.
Bildirilib ki, döyüş bölgəsində 45 fələstinli, 4 israilli və bir livanlı jurnalist həlak olub.
Daha 3 media işçisi itkin düşüb, 11-i yaralanıb, 18-i isə həbs edilib.