backend

Xankəndidə təşkil olunan tədbir ölkəmizin bu sahədə beynəlxalq tərəfdaşlıq imkanlarını daha da genişləndirir - Fatma Yıldırım

Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumu, Azərbaycanın şəhərsalma siyasətində mühüm mərhələnin başlanğıc nöqtəsini təşkil edir. Bu Forumun məhz ölkəmizin strateji əhəmiyyətə malik, işğaldan azad olunmuş Xankəndi şəhərində keçirilməsi, yalnız rəmzi deyil, həm də real siyasi, sosial və iqtisadi əhəmiyyət daşıyır. Bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından sonra həyata keçirilən uğurlu şəhərsalma siyasətinin bariz nümunəsidir.
Müasir çağırışlara cavab verən, ağıllı, yaşıl və inklüziv şəhərlərin salınması ölkəmizin uzunmüddətli planlarında əsas yer tutur. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” modelləri bu yanaşmanın praktiki tətbiqidir.Bir daha qeyd etmək istəyirəm ki, Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumu, Azərbaycanın müasir, innovativ, dayanıqlı və insan mərkəzli şəhərsalma modelinin təşviqi baxımından mühüm dönüş nöqtəsidir. Bu, təkcə fiziki məkanların deyil, həm də ictimai həyatın, təhlükəsizliyin və sosial rifahın yenidən qurulması deməkdir. Bu yolda ölkəmizin atdığı hər bir addım sistemlidir, planlıdır və vətəndaş məmnuniyyətini əsas tutur.Xankəndidə keçirilən Forum, eyni zamanda 2026-cı ildə Bakıda təşkil olunacaq 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq baxımından da mühüm əhəmiyyət daşıyır. Qlobal şəhərsalma ictimaiyyətinin diqqəti artıq Azərbaycana yönəlib və Xankəndidə təşkil olunan tədbir ölkəmizin bu sahədə beynəlxalq tərəfdaşlıq imkanlarını daha da genişləndirir. Bu Forumlar, Azərbaycanın innovativ yanaşmalarla şəhərlərin yenidən qurulması, müasir infrastrukturun formalaşdırılması və əhalinin layiqli yaşayış mühitinə qovuşması istiqamətində apardığı ardıcıl işləri dünyaya nümayiş etdirmək üçün unikal platformadır.
Bu mühüm və strateji tədbirin həyata keçirilməsində fəal və peşəkar rolu olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Komitənin rəhbərliyi və kollektivi böyük məsuliyyət və peşəkarlıqla şəhərsalma proseslərinə rəhbərlik edir, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycanın nüfuzunu artırır.

Fatma Yıldırım
Milli Məclisin deputatı