Cənab Prezident İlham Əliyevin oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında etdiyi çıxış bir daha təsdiq etdi ki, Azərbaycan regionda sülhün, əməkdaşlığın və humanitar dəyərlərin təşviqinə sadiq qalan, möhkəm və etibarlı tərəfdaşdır.
Cənab Prezidentin qardaş Tacikistana ünvanladığı səmimi təbriklər və Düşənbədəki inkişaf proseslərinə verdiyi yüksək dəyər, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təməlində duran qarşılıqlı hörmətin və etimadın bariz nümunəsidir. Bu yanaşma Azərbaycanın qonşu və tərəfdaş dövlətlərlə münasibətlərində ardıcıl, prinsipial və dayanıqlı siyasət apardığını göstərir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycan-Tacikistan əlaqələrinin inkişafına dair verdiyi mesajlar, həm də iki ölkə arasında strateji tərəfdaşlığın gələcək perspektivlərinə olan inamı ifadə etdi. Bu münasibətlər təkcə siyasi səviyyədə deyil, iqtisadi, mədəni və humanitar sahələrdə də yüksələn xətlə inkişaf edir.
Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın işğaldan azad olunmuş Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması ilə bağlı təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsi, ölkəmizin mədəni irsinə və bərpa proseslərinə verilən beynəlxalq dəstəyin göstəricisidir. Laçının qısa müddətdə tamamilə yenidən qurularaq müasir və yaşamaq üçün ideal bir məkana çevrilməsi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq işlərinin miqyasını və uğurunu əyani şəkildə nümayiş etdirir.
III MDB Oyunlarının Gəncə şəhəri başda olmaqla Azərbaycanın 7 şəhərində təşkil edilməsi isə ölkəmizin humanitar diplomatiya sahəsindəki nüfuzunu bir daha ortaya qoydu. 13 ölkədən 1600-dən artıq idmançının iştirak etdiyi bu mötəbər tədbir yalnız idman yarışması deyil, eyni zamanda xalqlar arasında dostluğun və əməkdaşlığın dərinləşməsinə xidmət edən böyük bir platforma oldu.
Cənab Prezident İlham Əliyevin bu çıxışı sübut etdi ki, Azərbaycanın humanitar dəyərlərə verdiyi önəm, regional sabitlik və inkişafın əsas təməl sütunlarından biridir.
Fatma Yıldırım
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət