ICAPP Asiya ölkələrinin aparıcı siyasi partiyalarını bir araya gətirən, sülh və qarşılıqlı anlayışa xidmət edən nüfuzlu platformadır. Onun Mədəniyyət Şurası siyasəti mədəni dəyərlərlə birləşdirərək xalqlar arasında dialoqu gücləndirir. İclasın məhz Bakıda keçirilməsi Prezident İlham Əliyevin multikulturalizm siyasətinin və Azərbaycanın etibarlı tərəfdaş imicinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.
Bakı bu gün həm coğrafi, həm də mənəvi baxımdan Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən şəhərdir. Burada keçirilən tədbir Azərbaycanın “mədəniyyət vasitəsilə sülh” fəlsəfəsini dünyaya çatdırır. Yeni Azərbaycan Partiyasının ev sahibliyi isə partiyanın beynəlxalq əməkdaşlığa və humanitar dəyərlərə verdiyi önəmi bir daha təsdiqləyir.
Bu iclas göstərdi ki, Azərbaycan yalnız siyasi və iqtisadi sahədə deyil, həm də mədəni diplomatiyada lider mövqeyini möhkəmləndirir. Mədəniyyət xalqları birləşdirən ən güclü dildir və bu gün Bakı həmin dili dünyaya inamla danışır.
Ülviyyə Həmzəyeva
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı





