backend

Qlobal münaqişələrin həllində Prezident İlham Əliyevin məsləhətləri və tövsiyələrindən faydalanırlar

Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdərək həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır.

Bu siyasətin əsas məqsədi — müxtəlif coğrafi və siyasi bloklar arasında balans yaratmaqla ölkənin milli maraqlarını qorumaq və beynəlxalq nüfuzunu gücləndirməkdir.

Hətta aralarında ziddiyyətlər olan ölkələrin Azərbaycan hər biri ilə münasibətləri qarşılıqlı fayda əsasında qoruyur. Bununla da ölkəmiz geosiyasi rəqabət meydanında körpü rolunu oynayır.

Prezident İlham Əliyevin son günlərdə müxtəlif coğrafiyaları əhatə edən beynəlxalq və regional tədbirlərdə iştirakı diversifikasiya olunmuş xarici siyasətin təzahürüdür. Prezidentin şəxsi nüfuzunun, ona olan ehtiramın, onun beynəlxalq dialoqlarda fəal iştirakının diplomatik münasibətlərimizdə böyük rolu var.

Prezident İlham Əliyev dünya liderleri arasında, dünyanın ən uzunmüddətli münaqişələrindən birinin həlli yolunda ən önəmli mərhələ olan razılaşmanın imzalanacağı Sammitə dəvət alıb. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinə xüsusi rəğbət bəsləyir və tədbirə dəvət edir.

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb. Regionda yeni mərhələ, yeni reallıq yaradıb. İndi isə qlobal təhlükəsizlik və sabitliyə töhfə verir. Azərbaycan artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə çevrilir.

Qlobal münaqişələrin həllində Prezident İlham Əliyevin məsləhətləri və tövsiyələri nəzərə alınır.  Onun təcrübəsindən faydalanırlar.

Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən “Yaxın Şərq Sülh Sammiti” çoxdandır sülhü gözləyən müharibədə razılaşma ehtimalı böyük olan, məhdud sayda dövlət, hökumət başçılarının iştirakı ilə baş tutur. Sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni dövrünü açmaq olacaq.

Prezident İlham Əliyev bu mötəbər və çox vacib Sammitdə iştirak edir.

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı


Qaynarxett.az