Qaynarxett.az xəbər verir ki, seçicilərini fərdi qaydada qəbul edən deputat onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problem və məsələlərlə tanış olub.
Deputat qeyd edib ki, Bərdə şəhərində seçicilərin növbəti qəbulunu keçirdik. Qəbulda vətəndaşların çoxsaylı müraciətləri dinlənilmişdir.
Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olundu.
Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyən vətəndaşlar 0554208040, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.










