Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə geniş tərkibdə keçirilən görüş sayca ikinci belə görüşdür və bu formatın artıq müəyyən nəticələr verdiyini demək mümkündür
Bu fikirləri "The Daily Baku" - ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O, qeyd edib ki, mövzunu əhatəli qiymətləndirmək üçün ötən ilin iyul ayında eyni formatda keçirilmiş görüşün nəticələrini xatırlamaq yerinə düşər.
"Həmin görüşdən sonra sülh prosesində ciddi irəliləyişlər müşahidə olunub və Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Sülh Müqaviləsinin paraflanması buna bariz nümunədir" .
Cavanşir Feyziyev vurğulayıb ki, müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Eyni zamanda üçüncü ölkələrdən Ermənistana göndərilən yüklərin Azərbaycan ərazisindən tranzit keçidi üçün yol açılıb. Bundan əlavə, Azərbaycanda məhkum olunmuş və cəza çəkən dörd nəfər məhbus Ermənistan tərəfinə təhvil verilib.
Deputatın sözlərinə görə, bütün bunlar Azərbaycan tərəfindən atılan xoşməramlı addımlardır. Məhz bu addımlarla Azərbaycan sülh prosesinə sadiqliyini açıq şəkildə nümayiş etdirib. Onun fikrincə, əvvəlki görüşdən sonra baş verən bu proseslər Əbu-Dabidə keçirilmiş son görüşün nəticələri ilə bağlı böyük gözləntilər və ümidlər yaradır.
Cavanşir Feyziyev bildirib ki, rəsmi açıqlamalarda qeyd olunduğu kimi, Əbu-Dabidə baş tutmuş geniştərkibli görüşdə Zəngəzur dəhlizi ilə bağlı görülən işlər, ticari-iqtisadi əlaqələrin canlandırılması, eləcə də hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında ünsiyyətin və əlaqələrin qurulması məsələləri müzakirə olunub. Deputat əlavə edib ki, müzakirə olunan mövzular sırasında hələlik ictimaiyyətə açıqlanmayan məsələlərin də olması istisna edilmir.
Onun sözlərinə görə, bütün bu danışıqların real nəticələrini cari il ərzində atılacaq praktik addımlarda görmək mümkün olacaq. Cavanşir Feyziyev əminliklə bildirib ki, bu cür görüşlərin intensivləşdirilməsi qarşıya qoyulan bütün məqsədlərə nail olunması, o cümlədən yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsinin imzalanması üçün ən əlverişli və real yoldur.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət


