Qaynarxett.az xəbər verir ki, tədbirin əsas məqsədi ana dilimizin milli kimliyimizin formalaşmasında oynadığı rolu bir daha diqqətə çatdırmaq, gənclər arasında dilə sevgi və bağlılığı gücləndirmək olub.
Çıxış edən ziyalı alimlər və pedaqoqlar ana dilinin tarixi inkişaf yolu, zənginliyi və mənəvi dəyərlər sistemimizdəki yeri barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, ana dili xalqın milli kimliyi, tarixi yaddaşı və gələcək nəsillərə ötürülən ən qiymətli irsidir.
Vurğulanıb ki, doğma dil yaşadıqca millət də yaşayır. Azərbaycan gəncliyinin ana dilimizi dərindən mənimsəməsi, onun saflığını və ahəngini qoruyub saxlaması, eyni zamanda beynəlxalq müstəvidə tanıdılması xüsusi əhəmiyyət daşıyır. Tarix boyu müxtəlif təzyiqlərə və dəyişdirilmə cəhdlərinə məruz qalan dilimizi qorumaq hər bir vətəndaşın mənəvi borcudur.
Tədbir iştirakçıların marağı və fəal müzakirələri ilə yadda qalıb.




