backend

Vasif Qafarov Astara rayonunun Siyaku kəndində vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Vasif Qafarov Astara rayonunun Siyaku kəndində növbəti vətəndaş qəbulu keçirib. Qəbul zamanı kənd sakinləri tərəfindən bir sıra sosial və infrastruktur məsələləri qaldırılıb.

Qaynarxett.az xəbər verir ki, müraciətlər əsasən torpaq sahələrinin təyinatı, kəndarası yolların təmiri, enerji təchizatındakı problemlər, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qazlaşdırma və məşğulluq məsələləri ilə bağlı olub.

Deputat tərəfindən vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan problemlərin qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlar qarşısında qaldırılacağı və nəzarətdə saxlanılacağı bildirilib.

Görüş çərçivəsində bəzi məsələlərlə bağlı ilkin araşdırmaların aparılması üçün müvafiq strukturlara müraciət ediləcəyi də vurğulanıb.