Millət Vəkili Azay Quliyev İranın Naxçıvana raket hümumu ilə bağlı paylaşım edib.
Qaynarxett.az deputatın paylaşımını təqdim edir.
Ona görə ki:
1. İran bu addımı ilə bir daha sübut etdi ki, o, təkcə dünya üçün deyil, bütün beynəlxalq ictimaiyyət və xüsusilə də yaxın qonşu dövlətlər üçün açıq təhlükə və təhdid mənbəyidir. Mülki infrastruktura və beynəlxalq hava limanına terror hücumu edən bir dövlət faktiki olaraq özünü beynəlxalq hüququ pozan və legitim hədəfə çevrilən aqressiv rejim olduğunu təsdiq etdi.
2. Azərbaycan dövləti uzun illər ərzində İranla münasibətlərdə təmkinli, konstruktiv və xoşniyyətli mövqe nümayiş etdirmiş, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq üçün dəfələrlə müsbət jestlər etmişdir. Lakin İranın Azərbaycan tərəfindən dostcasına atılmış addımlarına cavab olaraq ölkəmizə qarşı açıq terror və təcavüz aktına əl atması həmin rejimin əsl simasını, onun riyakar və düşmən mahiyyətini bir daha ortaya qoydu.
3. Molla rejimi bu məsuliyyətsiz və təxribatçı addımı ilə İranda yaşayan 40 milyondan artıq azərbaycanlının milli qüruruna və hisslərinə toxundu. Onilliklər boyu fundamental hüquqları tapdanmış, doğma ana dilində təhsil almaq imkanından məhrum edilmiş, müxtəlif təzyiqlərə və diskriminasiyaya məruz qalmış milyonlarla Azərbaycan türkü bu onların yeganə dayağı və ümid yeri olan Azərbaycan dövlətinə qarşı rejimin törətdiyi bu şərəfsiz hücumu unutmayacaq və bağışlamayacaq. İndiyə qədər İranda baş verən proseslərə səbir və təmkinlə yanaşan soydaşlarımız üçün bu hadisə artıq səbr kasasını daşıran bir məqamdır.
4. Molla rejiminin region ölkələrinə, xüsusilə mülki əhaliyə və obyektlərə qarşı hücumlar təşkil etməklə onları genişmiqyaslı qarşıdurmaya sürükləmək cəhdi əslində onun çıxılmaz vəziyyətə düşdüyünü göstərir. Bu cür avantürist və məsuliyyətsiz addımlar İran rejiminin onsuz da qaçılmaz olan siyasi iflasını daha da sürətləndirəcək.
5. Azərbaycana qarşı törədilən bu hücumdan dərhal sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasını çağıraraq İranın bu təxribatını Azərbaycan dövlətinə qarşı terror aktı və namərd hücumu kimi qiymətləndirməsi, İran rəsmilərindən rəsmi izahat və üzr tələb etməsi, bu terroru törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəməsi və Silahlı Qüvvələrin ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verməsi regionda yeni siyasi reallıq yaratdı. İndiyə qədər İranın bu cür təxribatlarına bəzi dövlətlərin ehtiyatlı, bəzən isə zəif reaksiyalar verməsi molla rejimini daha da cəsarətləndirirdi. Prezident İlham Əliyev isə bu təhlükəli stereotipi qıraraq açıq mesaj verdi: Azərbaycan öz təhlükəsizliyinə qarşı yönələn heç bir təhdidi cavabsız qoymayacaq və dövlətimizin gücünü sınamaq istəyənlər bunun ağır nəticələrinə hazır olmalıdırlar.
İran generallarının “bundan xəbərimiz yoxdur, biz etməmişik” kimi riyakar bəhanələrlə məsuliyyətdən yayınmağa çalışması onların nə qədər simasız və təhlükəli olduqlarını bir daha açıq şəkildə ortaya qoyur.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Sosial







