Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Antonio Costa – Avropa İttifaqı Şurasının Prezidenti arasında 11 mart 2026-cı il tarixində Bakıda keçirilən görüş Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Bu barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli sosial şəbəkə hesabında paylaşım edib.
Deputatın sözlərinə görə, görüş zamanı Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə fəal mərhələdə davam etdiyini vurğulayıb. Bildirilib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ölkənin xarici ticarət dövriyyəsində bu əməkdaşlığın xüsusi payı var.
Qeyd olunub ki, tərəfdaşlıq çərçivəsində yeni iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların artırılması və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Prezident İlham Əliyev görüş zamanı regionda gedən sülh prosesinə də toxunaraq Ermənistanla əldə olunmuş sülh razılaşmasının regionda yeni əməkdaşlıq və nəqliyyat imkanları yaratdığını bildirib. Azərbaycanın sülhün möhkəmləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirdiyi və bu prosesin davamlı olacağına inandığı vurğulanıb.
Deputat Müşfiq Məmmədli qeyd edib ki, bu görüş Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının daha da genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / maraqli / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət






