Təqdimat mərasimində Milli Məclisin deputatları Elnarə Akimova, İsa Həbibbəyli, Sadiq Qurbanov, Müşfiq Məmmədli, Hikmət Məmmədov, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, ədəbiyyatşünas alim Asif Rüstəmli, professor Abbasqulu Nəcəfzadə, ədibin nəvəsi Vüqar Qaradağlı və fəlsəfə doktoru Rasim Qurbanov ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri və müxtəlif idarə-müəssisələrin kollektivləri iştirak ediblər.
Çıxışlar zamanı Cəfər Cabbarlının Azərbaycan dramaturgiyasına və ümumilikdə ədəbiyyatına verdiyi mühüm töhfələrdən bəhs olunub, onun zəngin həyat və yaradıcılığı ilə bağlı xatirələr bölüşülüb. Qeyd edilib ki, ədibin əsərləri milli mədəniyyətimizin inkişafında xüsusi yer tutur.
Tədbir bayram əhval-ruhiyyəsində keçib, Novruz bayramı münasibətilə təşkil olunan proqram çərçivəsində ənənəvi musiqi və rəqs nümunələri təqdim edilib.
Sonda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova belə əlamətdar gündə həm milli bayramın, həm də böyük ədibin irsinin yad edilməsinə yaradılan şəraitə görə təşəkkür bildirilib, ədəbiyyata və mədəniyyətə göstərilən diqqət yüksək qiymətləndirilib.






