Azərbaycanı tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti Vüqar İskəndərov, Federasiyanın prezidenti Elnur Məmmədli və assosiasiyanın üzvləri təmsil ediblər.
Görüş çərçivəsində autizm spektr pozuntusu olan şəxslərin sosial inteqrasiyasının gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, regional əməkdaşlığın genişləndirilməsi, idman yarışlarının təşkili, təlim proqramlarının hazırlanması və maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub.
Tədbirdə vurğulanıb ki, Türk Dövlətləri Autizm Federasiyası çərçivəsində təşkil olunan bu kimi beynəlxalq platformalar regionda autizm sahəsində vahid yanaşmanın formalaşdırılmasına, elmi-praktiki əməkdaşlığın gücləndirilməsinə və ailələr üçün daha əlçatan xidmətlərin yaradılmasına mühüm töhfə verir.





