backend

Qubada ‘Şəhərsalma və Memarlıq ili’ çərçivəsində mühüm tədbir keçirildi”

11 aprel 2026-cı il tarixində YAP Quba rayon təşkilatının Növdün kənd ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Tarixi Zəfərə qaytarılan əzəli torpaqlarımıza Böyük Qayıdış reallaşır” mövzusunda tədbir keçirilib.

İlk olaraq Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs ediblər. Bildirilib ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində həmin ərazilərdə müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məntəqələri salınır, infrastruktur layihələri icra olunur, tarixi və mədəni abidələr bərpa edilir.

Çıxışlarda Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının və strateji baxışlarının bu gün uğurla davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, müasir Azərbaycanın inkişafının təməlində Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm tarixi Qələbə qazandığı, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin yüksək sürətlə həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, dövlət başçısının təşəbbüsü ilə icra olunan “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin edilir.

Qeyd edilib ki, “Böyük Qayıdış” proqramı yalnız sosial layihə deyil, eyni zamanda milli həmrəyliyin, davamlı inkişafın və gələcəyə inamın təcəssümüdür.

Eyni zamanda Milli Məclisin deputatı Müşfiq Məmmədli Şuduq və Növdün kəndlərinin seçiciləri ilə görüş keçirib. Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Qaldırılan məsələlərin aidiyyəti qurumlar qarşısında həlli istiqamətində zəruri addımların atılacağı bildirilib.

Daha sonra Milli Məclisin deputatı Müşfiq Məmmədli Quba–Qonaqkənd–Muçu istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində yaranmış vəziyyətlə yerində tanış olub.

Deputat əraziyə baxış keçirərək mövcud vəziyyəti qiymətləndirib, aidiyyəti qurumlarla əlaqə saxlanıldığını və yolun bərpası istiqamətində zəruri tədbirlərin görüləcəyini qeyd edib.