backend

Göydəniz Qəhrəmanov vətəndaş qəbulu keçirdi

2026-cı ilin aprel ayı çərçivəsində deputat Göydəniz Qəhrəmanov tərəfindən vətəndaş qəbulu təşkil olunub. Qəbul zamanı Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə fərdi görüşlər keçirilib.

Görüş zamanı sakinlər sosial məsələlər, məşğulluq problemləri və gündəlik həyatda qarşılaşdıqları digər çətinliklərlə bağlı müraciətlərini səsləndiriblər. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerindəcə operativ şəkildə həll olunub.

Araşdırma və müəyyən prosedurlar tələb edən müraciətlər isə qeydə alınaraq aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarətə götürülüb.

Qəbul zamanı vətəndaşların müraciətlərinə həssas yanaşmanın vacibliyi vurğulanıb və onların problemlərinin həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.