backend

Azərbaycan ilə İsrail arasında münasibətlər uğurla inkişaf etməkdədir

"Bu gün İsrail Dövlətinin Müstəqillik Gününün 78-ci ildönümüdür. Bu əlamətdar tarix xalqın iradəsinin, milli birliyinin və möhkəm dövlətçilik ənənələrinin parlaq təcəssümüdür".

Qaynarxett.az xəbər verir ki, bunu Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov deyib. O bildirib ki, İsrailin dövlət quruculuğu, innovasiya və inkişaf sahəsində qazandığı nailiyyətlər həqiqətən təqdirəlayiqdir.

David Seliverstov hazırda uğurla inkişaf edən İsrail-Azərbaycan münasibətlərinə diqqət çəkib.

O qeyd edib ki, Azərbaycan ilə İsrail arasında dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər uğurla inkişaf etməkdədir.