Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfərə gəlib. Ukrayna prezidentinin səfəri çərçivəsində Qəbələ şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü keçirilib.
Zelenskinin Azərbaycana ilk səfəri hansı strateji mesajları özündə ehtiva edir?
Mövzu ilə bağlı millət vəkili Elnarə Akimova Qaynarxett.az-a danışıb. Millət vəkili Elnarə Akimova qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə Qəbələdə keçirilən görüşü göstərdi ki, Bakı artıq təkcə regionun deyil, daha geniş geosiyasi masanın əsas oyunçularından birinə çevrilib. Görüş zamanı enerji, kənd təsərrüfatı və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, həmçinin altı ikitərəfli sənəd imzalanıb.
Deputat Elnarə Akimova bildirib ki, bu görüş Azərbaycan–Ukrayna münasibətlərində sadəcə dostluğun növbəti diplomatik təsdiqi deyil, açıq şəkildə yeni mərhələnin başlanğıcıdır. “Çünki burada söhbət təkcə siyasi nəzakətdən yox, real strateji maraqlardan gedir. Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, Ukrayna da Azərbaycanın haqq savaşında eyni mövqeni sərgiləyib. Bu qarşılıqlı prinsipiallıq indi daha konkret əməkdaşlıq platformasına çevrilir”, – deyə Elnarə Akimova qeyd edib.
Onun sözlərinə görə, xüsusilə enerji və logistika sahəsində yeni imkanlar yaranır. “Avropanın enerji təhlükəsizliyi məsələsi gündəmdə olduğu bir vaxtda Azərbaycan artıq etibarlı tərəfdaş kimi özünü sübut edib. Ukrayna isə həm tranzit, həm də yeni iqtisadi körpülərin qurulmasında mühüm tərəfdaş ola bilər. Bu baxımdan münasibətlərin siyasi bəyanatlardan çıxaraq praktik layihələrə keçməsi qaçılmazdır. Müdafiə sənayesi və birgə istehsal məsələlərinin də prioritet kimi qeyd olunması bunun ən ciddi göstəricisidir”, – deyə millət vəkili vurğulayıb.
Elnarə Akimova əlavə edib ki, ən vacib məqam Zelenski–Əliyev görüşünün Azərbaycanın geosiyasi çəkisini daha da artırmasıdır. “Bu gün Bakı yalnız müşahidəçi deyil, prosesləri yönləndirən aktordur. Hətta Zelenskinin mümkün sülh danışıqları üçün Azərbaycanın platforma ola biləcəyini vurğulaması da bunun siyasi təsdiqidir”, – deyə o bildirib.
Deputat qeyd edib ki, bu, Azərbaycanın etibarlı vasitəçi, sözünə güvənilən tərəfdaş və regional sabitliyin əsas dayağı kimi qəbul olunduğunu göstərir. “Bu səfər bir daha sübut etdi ki, Azərbaycan artıq kiminsə təsiri altında hərəkət edən ölkə deyil, əksinə, başqalarının hesablaşdığı güc mərkəzidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı müstəqil və prinsipial siyasət nəticəsində Bakı bu gün həm Şərqin, həm Qərbin diqqətlə izlədiyi siyasi ünvanadır. Zelenskinin bu səfəri də məhz bu reallığın qəbuludur. Bu, sadəcə görüş deyil — Azərbaycanın artan siyasi nüfuzunun dünyaya verilən aydın mesajıdır”, – deyə deputat Elnarə Akimova qeyd edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət


