Çexiyanın Baş naziri Andrey Babişin Qəbələyə səfəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni mərhələdə artan geosiyasi çəkisinin və formalaşan əməkdaşlıq platformasının göstəricisi kimi qiymətləndirilməlidir. Bu yanaşma bir daha təsdiqləyir ki, ölkəmiz artıq regionda prosesləri formalaşdıran və istiqamət verən aparıcı qüvvələrdən biridir.
Milli Məclisin deputatı Fatma Yıldırım görüşlə bağlı Qaynarxett.az-a açıqlama verərək bildirib ki, son illərdə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın siyasi və iqtisadi sabitliyini daha da möhkəmləndirib. Enerji və nəqliyyat layihələri ilə Avropa və Asiya arasında körpü rolunun güclənməsi, eləcə də regionda təşəbbüskar mövqe ölkəni diplomatik cazibə mərkəzinə çevirib. Qəbələ kimi bölgələrə yüksək səviyyəli səfərlərin təşkili isə bu marağın artıq bütün ölkə üzrə genişləndiyini göstərir.
Regional əməkdaşlıq baxımından bu kimi təmaslar yeni imkanlar açır. Enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat dəhlizləri və iqtisadi inteqrasiya istiqamətlərində əməkdaşlıq konkret nəticələrə yönəlir. Bu isə Cənubi Qafqazın qarşıdurma məkanı yox, əməkdaşlıq platforması kimi formalaşmasına xidmət edir.
Beynəlxalq nüfuz aspektində əsas məqam ondan ibarətdir ki, Azərbaycan artıq təşəbbüslərlə çıxış edən tərəfdir. Bu xəttin mərkəzində isə cənab Prezident İlham Əliyevin irəli sürdüyü strateji baxış dayanır. Müxtəlif ölkələrin liderlərinin regiona artan marağı, qarşılıqlı səfərlərin intensivləşməsi və çoxtərəfli platformaların genişlənməsi ölkəmizin etibarlı tərəfdaş imicini daha da gücləndirir.
Formalaşan yeni siyasi reallıq ondan ibarətdir ki, Azərbaycan həm regional sabitliyin təminatçısı, həm də Avropa ilə Asiya arasında strateji əlaqələndirici rolunu uğurla icra edir. Bu mövqe ölkəmizin beynəlxalq qərar qəbuletmə proseslərində çəkisini artırmaqla yanaşı, regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas aktorlardan biri kimi mövqeyini daha da möhkəmləndirir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət



