backend

Göydəniz Qəhrəmanov içərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalının açılış mərasimində iştirak etdi

İçərişəhər kimi qədim və zəngin tarixə malik məkanda keçirilən beynəlxalq xalçaçılıq festivalı Azərbaycan mədəni irsinin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. İçərişəhər ərazisində təşkil olunan tədbir çərçivəsində Qız qalası meydanı və Qoşa Qala meydanı bölgəsində nümayiş etdirilən müxtəlif regionlara aid xalçalar, milli ornamentlər və ustad sənətkarların əl işləri həm yerli sakinlər, həm də xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.

Festivalda 19 ölkədən nümayəndələrin iştirakı mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın turizm imkanlarının daha geniş auditoriyaya təqdim olunmasına şərait yaradır. Bu kimi beynəlxalq tədbirlər paytaxt Bakının, xüsusilə də İçərişəhərin turistik mərkəz kimi mövqeyini daha da gücləndirir.

Tədbir çərçivəsində keçirilən ustad dərsləri, sərgilər və musiqili proqramlar qədim şəhərin tarixi ruhunu yaşadaraq mədəni turizm sektoruna əlavə dinamika qazandırır. Belə təşəbbüslər milli-mədəni dəyərlərin qorunması ilə yanaşı, Azərbaycanın dünya turizm xəritəsində daha da tanınmasına xidmət edir.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov da festivalın əhəmiyyətini vurğulayaraq, bu cür beynəlxalq mədəni layihələrin ölkənin turizm və mədəniyyət strategiyasına mühüm töhfə verdiyini qeyd edib.