Qaynarxett.az xəbər verir ki, qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan müraciət və problemlər diqqətlə dinlənilib, onların həlli istiqamətində müvafiq addımların atılması üçün qeydiyyata alınıb.
Vətəndaşları narahat edən məsələlər əsasən sosial rifah, məşğulluq, kommunal xidmətlər və gündəlik problemlərlə bağlı olub.
Deputat hər bir müraciətə həssaslıqla yanaşıldığını, problemlərin aidiyyəti qurumlara yönləndirildiyini və həlli üçün nəzarətə götürüldüyünü bildirib.









