Milli Məclisin deputatı Sahib Əliyev 9 May – faşizm üzərində Qələbə Gününün 81-ci ildönümü ilə bağlı paylaşım edib.
Deputat bildirib ki, 1945-ci ildə nasizm üzərində qazanılan qələbəyə baxmayaraq, bu ideologiya tamamilə məhv edilməyib və zaman-zaman yenidən baş qaldırır. Onun sözlərinə görə, xüsusilə Ermənistan daxilində revanşist və radikal düşüncələrin hələ də qalması ciddi təhlükə olaraq qalır.
Sahib Əliyev qeyd edib ki, Ermənistan rəsmilərinin sülhlə bağlı açıqlamaları ilə real addımları arasında ciddi ziddiyyət mövcuddur. Deputat Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo arasında gizli əlaqələrə dair yayılan videoya diqqət çəkib.
Paylaşımda həmçinin Belçika parlamentinin Qarabağla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilib. Deputatın fikrincə, həmin sənəddə regionda yeni qarşıdurma riskini artıracaq müddəalar yer alıb və Ermənistan tərəfinin buna müsbət münasibəti sülh çağırışları ilə uzlaşmır.
Sahib Əliyev vurğulayıb ki, Azərbaycan öz təhlükəsizliyini hədəfə alan istənilən radikal və revanşist meyillərə qarşı hər zaman güclü, ayıq və prinsipial mövqe nümayiş etdirməlidir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət





