“Bakıda 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi ilə start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ölkəmizin qlobal miqyasda qazandığı növbəti böyük platformadır. Prezident İlham Əliyevin forumun açılışındakı rəsmi çıxışında irəli sürdüyü tezislər Azərbaycanın həm tarixi memarlıq irsinə sahib çıxmasını, həm də dövlətçilik baxımından idarə olunan nəhəng quruculuq xəttini nümayiş etdirir”.
Qaynarxett.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, Prezident çıxışında toxunduğu Bakının qədim tarixlə müasirliyi vəhdətdə birləşdirən infrastrukturu, Qara şəhərin ekoloji cəhətdən təmizlənərək Ağ şəhərə çevrilməsi dövlətin şəhərsalma konsepsiyasının əsas uğurlarındandır.
“Bu yanaşma Şamaxı, Gəncə, Naxçıvan kimi tarixi mərkəzlərin milli simasının qorunmasında da əsas götürülür. Dövlət başçısının da bəyan edildiyi kimi, hazırda dövlətçilik maraqlarımızın qarşısında duran ən mühüm vəzifə 30 illik işğal dövründə tamamilə yerlə-yeksan edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Cəmi 5 il ərzində 70 kilometrlik tunellərin çəkilməsi, yüzlərlə körpünün, elektrik stansiyalarının və üç beynəlxalq hava limanının inşası bu torpaqların əsl sahiblərinin milli quruculuq potensialının sübutudur”.
MCP başqanı vurğulayıb ki, Böyük Qayıdış Proqramı çərçivəsində artıq 85 mindən çox soydaşımızın fərdi evlər, məktəb və xəstəxanalarla təmin edilərək öz yurdlarına qayıtması və yeni sənaye zonalarının salınması müstəqil inkişafın əsas rəhnidir:
“Şəhərsalma prosesində tarixi irsin qorunması ilə müasirləşmə arasında cəsarətli və ehtiyatlı balans qorunmalıdır. Azad edilmiş ərazilərdə, xüsusən Qarabağın tacı Şuşada aparılan bərpa işləri və salınan geniş infrastruktur milli dövlətçilik qüdrətimizin bütün dünyaya ən bariz mesajıdır”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial


