backend

WUF13 çərçivəsində dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı müzakirə olundu

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində təşkil olunan “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirdə iştirak etdik. Tədbir çərçivəsində dağ regionlarının inkişaf perspektivləri, dayanıqlı şəhərsalma yanaşmaları, ekoloji tarazlığın qorunması və beynəlxalq əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Müzakirələr zamanı dağ yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı, müasir infrastrukturun formalaşdırılması və iqlim dəyişikliklərinin yaratdığı çağırışlara qarşı davamlı həll yollarının tətbiqinin vacibliyi vurğulandı.

Qeyd olundu ki, WUF13 kimi nüfuzlu beynəlxalq forumun Bakıda keçirilməsi Azərbaycanın qlobal platformalarda artan rolunun, şəhərsalma və dayanıqlı inkişaf sahəsində beynəlxalq dialoqa verdiyi töhfənin mühüm göstəricisidir. Ölkəmizin belə mötəbər tədbirə ev sahibliyi etməsi böyük qürur hissi doğurur və Azərbaycanın beynəlxalq əməkdaşlıqdakı mövqeyini daha da gücləndirir.