İranın dini liderinin müşaviri Əli Əkbər Vilayəti sərsəm açıqlama ilə çıxış edib. Bildirib ki, Azərbaycan və Ermənistan arasında inşa edilən Zəngəzur dəhlizinin xəritəsini Tehran müəyyən edəcək.
Cənab Vilayəti bu absurd çıxışı ilə bəlkə də ABŞ-ın bostanına daş atır, çünki ötən ilin avqust ayında Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış müvafiq sazişə əsasən, Zəngəzur coğrafiyasında “Tramp Marşrutu” (TRIPP) adlandırılıb və dəhlizin tikintisi üzrə işlərə başlanılıb.
Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur qovşağının fiziki sxemi artıq formalaşmaqdadır.
Dini liderin müşavirinin ikibaşlı ritorikasında əgər Azərbaycana ünvanlanan messaj varsa, bu, cəfəng fikrin məsuliyyətini də nəzərə almalıdır.
Əvvəla, Zəngəzur Dəhlizi Hörmüz boğazı deyil, bu nəqliyyat yolunun arxasında çox ciddi strateji qərarlar dayanır. ABŞ, Avropa Birliyi, Çin, Mərkəzi Asiya, Türkiyə və digər dövlətlərin öz maraqları var.
İkincisi, Zəngəzurun həmmüəlliflərindən biri Azərbaycandır, həmin tarixi coğrafiyanın sahibidir və Azərbaycan İran kimi yol kəsmir, yol açır. Öz məqsədinə necə çatmağı da çox yaxşı bilir.
Üçüncüsü, İranın keçmiş dini liderinin bəzi müşavirləri də vaxtilə bu cür sərsəm bəyanatlar verirdi, indi onların harada olduğu hər kəsə bəllidir.
Ona görə də, Tehranın vəzifəli şəxsləri danışanda yüz ölçüb-bir biçməlidir, müasir geosiyasi fraqmentasiyaları diqqətlə izləyərək səs tellərinə və intonasiyalarına fikir verməlidirlər.
Xalqımızın bir el misalı var: Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir.
Vaqif Abdullayev,
siyasi elmlər doktoru, professor
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Siyasət





